Pelenin xəstəxanadan çıxacağı vaxt açıqlanıb

9-12-2021, 11:25           
Pelenin xəstəxanadan çıxacağı vaxt açıqlanıb
Əfsanəvi braziliyalı futbolçu Pelenin xəstəxanadan çıxacağı vaxt müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə 81 yaşlı sabiq hücumçunun qızı instaqram hesabında bildirib.

O, atasının fotosunu paylaşaraq onun 2-3 gün sonra evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, Pele daha əvvəl avqustun 30-da xəstəxanaya yerləşdirilib. Keçmiş forvard sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb. Futbol kralı sonuncu dəfə dekabrın 8-də San-Pauludakı özəl klinikalardan birinə çatdlrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru