Eto'O prezident seçildi

12-12-2021, 00:07           
Eto'O prezident seçildi
"Anji", "Barselona", "İnter" və "Çelsi"nin sabiq hücumçusu Samuel Eto'O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Teref.az Federasiyanın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu seçkilərin nəticələrinə görə hazırkı prezident Seydu Mbombuo Njoyu qabaqlayıb - 31 səsə qarşı 43 səs .

Xatırladaq ki, Samuel Eto'O peşəkar karyerasını 2019-cu ildə başa vurub. Kamerunlu karyerası ərzində “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor”, Qətər klublarında çıxış edib. Eto'O üç dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İspaniya çempionu və bir dəfə İtaliya A Seriyasının qalibi olub.Samuel 1996-2014-cü illərdə çıxış etdiyi Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur./Qol.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru