İdman aləmindən Rusiyaya böyük etiraz

25-02-2022, 08:08           
İdman aləmindən Rusiyaya böyük etiraz
Rusiya Federasiyasına qarşı təzyiqlər bütün istiqamətlərdə artıb. Oxu.Az xəbər verir ki, artıq idman dünyası da Rusiyaya qarşı öz mövqeyini nümayiş etdirib.

Bir sıra idman klubları Rusiya ilə əlaqəli şirkətlərlə çalışmaqdan imtina edib, eləcə də bu ölkədə baş tutacağı gözlənilən idman tədbirləri ilə bağlı dəyişikliklər gündəmdədir.

Belə ki, Formula 1 pilotları Sebastian Vettel və Maks Verstappenin Rusiya Qran Prisinə qatılmayacağı məlum olub. FİA isə təqvimdən Soçi yarışını çıxaracaq.

Həmçinin, “Barselona” Basketbol üzrə Avroliqada “Zenit”lə görüş üçün Peterburqa getməkdən imtina edib.

Digər bir addım “Şalke” və “Mançester Yunayted” klublarından gəlib. Onlar rus sponsorları ilə müqaviləni pozublar.

Qeyd edək ki, F1 “Haas” komandası “Uralkali” yazısını bütün sosial mediya hesablarından yığışdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.