Avropa Liqası: “Barselona” səfər qələbəsi ilə mərhələni keçdi – VİDEO

25-02-2022, 09:23           
Avropa Liqası: “Barselona” səfər qələbəsi ilə mərhələni keçdi – VİDEO
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin maraqlı qarşılaşmalarından biri İtaliyada baş tutub.

Oxu.Az xəbər verir ki, Neapolda “Napoli” “Barselona”nı qəbul edib.

Kataloniyadakı ilk matçda 1:1 hesablı bərabərlik qeydə alındığından bu görüş xüsusi gərginlik vəd edirdi.

Matç isə gözlənilmədən “Barselona”nın rahat qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 8-ci dəqiqəsində Alba, 13-cü dəqiqəsində isə De Yonqun qolları ilə önə keçən qonaqlara 23-cü dəqiqədə İnsinye penalti ilə cavab verib. Bununla belə, hissənin tamamında Pike neapolluların ümidlərini üzüb.

İkinci hissədə isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Obameyanq 59-cu dəqiqədə intriqanı tamam öldürüb. Politanonun 87-ci dəqiqədə vurduğu qol isə təsəlli xarakterli olub.

Matçın qollarını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru