“Everton”dan Ukraynaya dəstək

26-02-2022, 09:36           
“Everton”dan Ukraynaya dəstək
“Everton” futbol klubu Ukraynadakı vəziyyətlə əlaqədar oyunöncəsi tədbirlərin bir hissəsini ləğv edib.

“Goodison Park” stadionundakı oyunlardan əvvəl ənənəvi olaraq melodiya və hava həyəcanı siqnalı kompozisiyası səslənir. Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar sabah baş tutacaq “Mançester Siti” ilə növbəti oyundan əvvəl bu kompozisiyadan imtina ediləcək.

Qeyd edək ki, bu ilin yanvarından mersisayd klubunda ukraynalı müdafiəçi Vitali Mikolenko çıxış edir.

Oyunda Ukraynanı və 22 yaşlı futbolçunu dəstəkləyən pankartların asılacağı gözlənilir.

Mənbə: sports.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.