Tite Braziliya millisini tərk edəcəyini açıqlayıb

26-02-2022, 09:54           
Tite Braziliya millisini tərk edəcəyini açıqlayıb
Tite DÇ-2022-dən sonra Braziliya millisinin baş məşqçisi postunu tərk edəcək.

“Mən dünya çempionatının sonuna qədər komanda ilə işləyirəm. Burada kimisə aldatmaq üçün heç bir səbəb yoxdur.

2022-ci il dünya çempionatını nəyin bahasına olursa olsun, qazanmaq istəyirəm. Çünki karyeram ərzində bacardığım hər şeyi qazanmışam. Yeganə çatışmayan şey Dünya Kubokunu qazanmaqdır”, -deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Amerika Kubokunun qalibi olub.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru