İrina Zaretska: "Bu, xilasetmə əməliyyatı deyil, müharibədir"

26-02-2022, 11:30           
İrina Zaretska: "Bu, xilasetmə əməliyyatı deyil, müharibədir"
"Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir".

"Report"un məlumatına görə, bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) şəxsi instaqram səhifəsində yazıb.

Əslən Ukraynadan olan 26 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib: "Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan İrina Zaretska 2 qat dünya və Avropa çempionudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.