Avropada gecənin futbol panoraması: “Mançester Siti”, “Bavariya” və “Real” üç xalı tək qolla qazandı - VİDEO

27-02-2022, 08:42           

Avropanın bir sıra futbol çempionatlarında maraqlı oyunlar baş tutub.

Oxu.Az xəbər verir ki, Almaniya, İngiltərə və İspaniya birinciliklərində günün maraqla gözlənilən qarşılaşmalarının taleyini bir qol həll edib.

Belə ki, “Bavariya” səfərdə “Ayntraxt”dan üstün olub. Yeganə qolu qarşılaşmanın 71-ci dəqiqəsində Leroy Sane vurub.

“Mançester Siti” də rəqib meydanında 3 xala sevinib. “Şəhərlilər” Fodenin 82-ci dəqiqədə fərqlənməsi ilə qələbəni təmin ediblər.

“Real” isə “Rayo Valeykano”nu məyus edib – 1:0. Kərim Benzema 83-cü dəqiqədə oyunda vurulmuş tək qolun müəllifi olub.

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.