Gürcü hücumçu Moskva MOİK-ində oynamaqdan imtina etdi

27-02-2022, 02:56           
Gürcü hücumçu Moskva MOİK-ində oynamaqdan imtina etdi
Moskvanını MOİK basketbol klubunun liderlərindən biri, gürcü hücumçu Tornike Şengelia Ukraynadakı vəziyyətə görə Rusiya klubunda oynamaqdan imtina edib.

O, bu barədə Gürcüstanın “Commersant” portalına müsahibəsində bildirib.

“Mən Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq bu qərarı verirəm və MOİK-də oynamağa davam etməyi mümkün hesab etmirəm”, - Şengelia deyib.

Gürcü basketbolçunun sözlərinə görə, o, ailəsi ilə Rusiyanı tərk edərək İspaniyaya gedəcək.

Qeyd edək ki, daha əvvəl Şengelia “Facebook” profilində Ukrayna bayrağı yerləşdirərək dəstək mesajı yayımlamışdı: “Ukrayna üçün dua edirik! Güclü qalın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru