FİFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib

28-02-2022, 07:00           
FİFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.

Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru