Rusiyanın hokkey yığmaları da dünya çempionatlarından məhrum edildi

1-03-2022, 08:55           
Rusiyanın hokkey yığmaları da dünya çempionatlarından məhrum edildi
Rusiya və Belarusun buzüstü hokkey üzrə milli komandaları qeyri-müəyyən müddətədək beynəlxalq yarışlardan kənarlaşdırılıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurası təcili iclasında qərar qəbul edib.

Rusiya və Belarusun kişilərdən ibarət yığmaları bu il Finlandiyada keçiriləcək dünya çempionatında, yeniyetmələr və gənclər arasında, eləcə də qadınlar arasında mundilda çıxış etməyəcəklər.

Bundan başqa Rusiya 2022-c ilin dekabrı - 2023-cü ilin yanvarında Novosibirsk və Omskda keçirməli olduğu gənclər arasında dünya çempionatından məhrum edilib. IIHF yaxın aylarda yeni ev sahibi ölkə tapmaq üçün danışıqlara başlayacaq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru