Ukraynalı futbolçu Rusiyanın bombardımanı nəticəsində ölüb

1-03-2022, 08:50           
Ukraynalı futbolçu Rusiyanın bombardımanı nəticəsində ölüb
Rusiyanın bombardımanı nəticəsində Ukraynanın II liqasında çıxış edən “Qostomel” klubunun futbolçusu Dmitri Martinenko həlak olub.

Bu yaxınlarda onun 25 yaşı tamam olub.

Yarımmüdafiəçinin paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb.

Partlayış nəticəsində oyunçu ilə yanaşı, onun anası da ölüb.

Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib.

Mənbə: Football24.ua












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.