İtaliya kuboku:

2-03-2022, 09:27           
İtaliya kuboku:
İtaliya kubokunda ilk yarımfinal matçı baş tutub.

Oxu.Az xəbər verir ki, Milanın eyni adlı komandası “Cuzeppe Meatsa” arenasında “İnter”i qəbul edib.

Həmşəhərlilərin qarşıdurması qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, sabah daha bir yarımfinal matçı keçiriləcək. “Fiorentina” öz meydanında kubokun son sahibi “Yuventus”u qəbul edəcək.

Yarımfinalın cavab oyunları martın 20-də, həlledici matç isə mayın 11-də baş tutacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.