Ukraynada daha bir futbolçu öldürüldü

2-03-2022, 11:36           
Ukraynada daha bir futbolçu öldürüldü
Ukraynanın "Karpat" klubunun futbolçusu Vitali Sapilo Rusiya qoşunları ilə döyüş zamanı həlak olub.

Qol.az xəbər verir ki, 2-ci divizion təmsilçisinin 21 yaşlı üzvü Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb. O, Kiyevin müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və daha sonra dünyasını dəyişib.

Qeyd edək ki, iki gün əvvəl 2-ci liqanın digər təmsilçisi “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru