Ukraynalı futbolçu "Zenit"dən ayrıldı 3-03-2022, 00:06 Rusiya “Zenit”inin futbolçusu Yaroslav Rakitski klubdan ayrılıb.Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.Qeyd edək ki, Rakitski 2019-cu ildən “Zenit”də oynayırdı. Facebook-da paylaş