İtaliya kuboku: “Yuventus” son anda qələbəni avtoqolla qazandı - VİDEO

3-03-2022, 09:04           
İtaliya kuboku: “Yuventus” son anda qələbəni avtoqolla qazandı - VİDEO
İtaliya kubokunda ikinci yarımfinal matçı baş tutub.

Oxu.Az xəbər verir ki, “Fiorentina” “Artemio Franki” arenasında kubokun son sahibi “Yuventus”u qəbul edib.

Qarşılaşma qonaqların üstünlüyü ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə “Fiorentina”nın futbolçusu Venuti öz qapısına vurub.

Qeyd edək ki, dünən keçirilən ilk yarımfinalda “Milan” ev matçında “İnter”lə qolsuz bərabərə qalıb.

Yarımfinalın cavab oyunları martın 20-də, həlledici matç isə mayın 11-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru