“Pley-off”un təxirə salınması üçün FİFA-ya müraciət etdilər

4-03-2022, 09:33           
“Pley-off”un təxirə salınması üçün FİFA-ya müraciət etdilər
Ukrayna Furbol Assosiasiyası FİFA-ya müraciət edib.

Qol.az xəbər verir ki, müraciətdə Şotlandiyaya qarşı keçiriləcək DÇ-2022-nin pley-off mərhələsinin Qlazqodakı yarımfinal oyununun (24 mart) təxirə salınması xahiş edilib. FİFA belə bir müraciət aldığını təsdiqləyib.

Ukrayna millisinin əsas oyunçuları “Dinamo” (Kiyev) və “Şaxtyor”da (Donetsk) çıxış edir. Hazırda ölkədəki müharibə səbəbindən yerli liqanın oyunları dayandırılıb və futbolçular lazımi formada deyil.

Əgər Ukraynanın müraciəti nəzərə alınsa, aprelin 1-də Dohada DÇ-2022-nin final mərhələsinin püşkatması 32 komandanın 2-sinin iştirakı olmadan keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru