Ukraynalı futbolçu Artom Polyarus “Axmat” komandasını tərk edib.
Qol.az xəbər verir ki, bu barədə Qroznı klubunun saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı oyunçu ailə məsələlərinə görə müqavilənin ləğvi üçün kluba müraciət edib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir çox ukraynalı futbolçu Rusiyada oynadıqları klublardan ayrılıblar.