İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderə şans vermədi

17-03-2025, 11:44           
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderə şans vermədi
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Lester"in qonağı olub.

Bu mövsüm işləri qaydasında getməyən "Qırmızı şeytanlar" cari çempionatda daha uğursuz çıxış edən meydan sahiblərindən üstün olublar - 0:3.

Hazırda mankunianlar 37 xala malikdirlər. Onlar turnir cədvəlində 13-cü sırada qərarlaşıblar. "Lester" isə 17 xalla autsayderlər sırasında (19-cu) yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru