Piton 3 ayda 3 maral yeyib

4-12-2018, 06:31           
Piton 3 ayda 3 maral yeyib
Amerikada uzunluğu 4 metrə yaxın olan piton tapılıb. Pitonun eyni gündə 3 maralı yediyi məlum olub. Uzunluğu 457 santimetr olan pitonun içində birinin çəkisi 45, digər ikisinin isə 17 və 13 kilo olan maral qalıqları aşkar olunub. Milli Parkın əməkdaşları ilanı zərərsizləşdirib parkdan çıxarıblar.

Alimlər ehtimal edirlər ki, ilan bu üç heyvanı tutub boğub və onları üç ay ərzində bir-bir yeyib. Böyük ehtimalla ilan onları su kənarında pusub, daha sonra isə boğaraq öldürüb. Bioloq Skott Bobek isə deyib ki, əgər pitonlar üç ay ərzində üç maral yeyə bilirlərsə, deməli, bizim bilmədiyimiz çox şey yeyə bilərlər.

Qara pitonun uzunluğu 3.7 metrdir. Bu nümunənin rekord uzunluğu isə 5.74 metrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru