Meksikada 6 polis əməkdaşı qətlə yetirilib 4-12-2018, 08:33 Meksikanın Halisko ştatında silahlı cinayətkarlar polis əməkdaşlarına hücum edib."Report" xəbər verir ki, bu barədə ştatın baş prokurorluğu məlumat yayıb.Bildirilir ki, hadisə La-Uerta bələdiyyəsi ərazisində baş verib. Hücum zamanı 6 polis əməkdaşı öldürülüb, həmçinin daha 1 polis yaralanıb.Faktla bağlı təhqiqat aparılır. Ərazidə cinayətkarların axtarışı həyata keçirilir. Facebook-da paylaş