“Interpol” azərbaycanlı milyarder və həyat yoldaşının işini araşdırır

21-01-2019, 12:13           
“Interpol” azərbaycanlı milyarder və həyat yoldaşının işini araşdırır
Azərbaycanlı milyarder Fərhad Əhmədov və vəkillərinin keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktı araşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yazıb. Bildirilir ki, milyarder sərvətinin böyük bir hissəsini keçmiş həyat yoldaşı T.Əhmədovaya köçürmə öhdəliklərini aradan qaldırmaq üçün yeni yollar axtarır.

Xatırladaq ki, cütlük boşandıqdan sonra London məhkəməsi Əhmədovun sərvətinin yarısını arvadına verməsi barədə qərar qəbul etmişdi. Lakin bir neçə ildir milyarder bu qərara etiraz edir. O, məhkəmədə arvadından onun İngiltərə vətəndaşı olmadan öncə boşandığını söyləmiş, lakin 2016-cı ildə məhkəmə təqdim olunan sənədlərin saxta olduğu qənaətinə gəlmişdi. Zyusinsk Bölgə Məhkəməsi isə nikahın həqiqətən 2000-ci ildə pozulduğunu təsdiqləyib.

Bundan sonra milyarder “Interpol”un Rusiya nümayəndəliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəyib.

Hazırda “Interpol” Əhmədov və vəkillərinin arvadının sərvətini ələ keçirmək üçün saxtakarlıq edib-etmədiklərini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru