Rusiya açıqladı: İsrail bu raketi sınaqdan keçirdi 22-01-2019, 20:07 İsrail Aralıq dənizində raketdən müdafiə sistemini sınaqdan keçirib.Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatına deyilib.Açıqlamaya görə, bu gün 07:35-də Rusiya Hərbi-Hava Aerokosmik Qüvvələri Aralıq dənizi üzərində bir raket buraxılışını qeydə alıb.İsrail hökuməti də atmosfer xaricindəki ballistik raketlərə qarşı “Arrou 3” adlı raketdən müdafiə sisteminin uğurla sınaqdan keçirildiyini bəyan edib. Facebook-da paylaş