Tacikistanın Gülüstan şəhərində yerləşən neftayırma zavodunda baş verən partlayış, ardınca isə yaranan yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Axar.az RİA-ya istinadən xəbər verir ki, yaralılar arasında Çin vətəndaşının da olduğu deyilir.
İlkin ehtimala görə, iş prosesi zamanı təhlükəsizlik qaydalarına riayət edilməyib və bu səbəbdən partlayış baş verib.