Gənc sədr 3 müavini işdən çıxartdı - Axundov da getdi

24-01-2019, 13:05           
Gənc sədr 3 müavini işdən çıxartdı - Axundov da getdi
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatı davam edir.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, AzTV-nin baş mühəndisi, əməkdar mühəndis Knyaz Mehdiyev, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə, "Mədəniyyət" kanalının direktor müavini Nadir Axundov tutduğu vəzifədən azad ediliblər.
İşdən çıxarılan Nazim Mürsəlov Arif Alışanovun qohumu, Nadir Axundov isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bibisi qızı Yeganə Axundovanın həyat yoldaşıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad olunub və bu vəzifənin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.