“Shacman” yolu keçən qadını vurub öldürdü

24-01-2019, 17:24           
“Shacman” yolu keçən qadını vurub öldürdü
Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Teref.az-a verilən məlumata görə, yanvarın 23-də saat 7 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Mahmudov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərqələm Rəhmanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.