Yanan bina ilə bağlı aksiya təyin olundu

23-05-2015, 11:15           
Yanan bina ilə bağlı aksiya təyin olundu
«Haqqını Yedirtmə! Övladını Yandırtma!» etirazı Fəvvarələr Meydanında keçiriləcək

Binəqədi rayonu ərazisində kütləvi insan ölümü ilə müşahidə olunan yanğınla əlaqədar şəhərin mərkəzirndə etiraz aksiyası keçiriləcək. teref.az xəbər verir ki, bu barədə Facebookda məlumat yayılıb.

Şəbnəm Əsədullazadə adlı istifadəçi tərəfindən yaradılmış eventdə vurğulanır ki, aksiya mayın 24-ü, yəni bu gün saat 16:00-19:00 aralığında Fəvvarələr Meydanında təşkil olunacaq. «Haqqını Yedirtmə! Övladını Yandırtma!» adlanan aksiya ilə bağlı təşkilatçı qeyd edib ki, indiki hakimiyyət Azərbaycanda heç nəyi dəyişəcək gücdə olmamaqla yanaşı, həm də insanların taleyini təhlükə altında qoyur. «Bu ölkədə kim yandırılmır ki? Qarabağ qazilərindən başlamış, fidan körpələrə qədər hamı. Hakim diktatur rejimin idarəçiliyi və talançılıqına istismarcasına kül olunmaqda davam etdirilir. Seçkilərdə Qəbirdən, Məktəbdə Müəllim Sinələrindən,Təqaüdçüsü Cibindən çıxarılan topa-topa bulletin foksları, günü-gündən durmadan artan siyasi dustaqların, onların ailələrinə gətirilən faciələrin, oliqarxların fırıldaqlarına məruz qalan SƏN daha hansı faciələrin fenomenini gözləyirsən?! Bu yanğının dumanı sənində həyatını yandıracaq!!!»












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru