Binəqədi icra hakimiyyətinin növbəti 4 məsul şəxsi prokurorluqda

23-05-2015, 13:47           
Binəqədi icra hakimiyyətinin növbəti 4 məsul şəxsi prokurorluqda
Binəqədi rayon İcra Hakimiyyəti başçısının daha iki müavini - İlqar Süleymanov və Aygün Əliyeva, şöbə müdirləri Nuridə Allahyarova və Ramiz Göyüşov Baş Prokurorluğa çağırılıb.

TİA.AZ-a verilən məlumata görə, hər 4 məmurun izahatı alınıb.
N. Allahyarovanın Baş Prokurorluğa çağırılmasına səbəb səhv məlumat verməsi olub. Şöbə müdiri Ədalət Rəcəbov həbs olunduğu gün Allahyarova açıqlamasında belə bir fakt olmadığını söyləyib.
Qeyd edək ki, Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə 5 nəfər həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru