FHN-in əsgəri öldü- Fotolar

23-05-2015, 14:19           
FHN-in əsgəri öldü- Fotolar
Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən hərbi hissəsində xidmət edən 1990- cı il təvəllüdlü Babaşov Tapdıq Əlizaman oğlu bu gün xəstəxanada dünyasını dəyişib

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb. Yaxınlarına bildirilib ki, əsgər 4-cü mərtəbədən yıxılıb, amma onlar bu versiyaya inanmır. “Əsgərin mayın 22-də gecə saatlarında yıxıldığı deyilir, onu 1 nömrəli xəstəxanaya aparıblar. Komaya düşüb. İki ayın əsgəri idi, andiçməsi təzə olmuşdu. Atasını da 2012-ci ildə həkimlərin səhlənkarlığı ucbatından əməliyyat masasında itirmişdi. Özü də əməliyyat masasında dünyasını dəyişdi. Hazırda xəstəxanada, ekspertizadadır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru