"Mən Həbs edilməmişəm"- Rauf Ağayev

23-05-2015, 15:12           
"Mən Həbs edilməmişəm"- Rauf Ağayev
“Bank Technique”nin Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.

Rauf Ağayev “APA-Economics”ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.
R. Ağayev “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə isə məlumata malik olmadığını qeyd edib.

Əlavə edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru