Mərhum əsgərin qollarında kəndir izləri olub

23-05-2015, 22:59           

Dünən FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən 23 yaşlı əsgər Babaşov Tapdıq Əlizaman oğlu həlak olub. Bu barədə onun yaxın qohumu Cavid Hacıbəyli sosial şəbəkədə məlumat yayıb.

Cavid Hacıbəyli qeyd edib ki, Tapdıq Babaşov hərbi xidmətə Qobustan rayon hərbi komissarlığından çağırılıb: "O, BDU-nun tarix fakultəsini bitirmişdi. Əsgərliyə getmək üçün o qədər həvəsli idi ki... Guya deyirlər ki, 4-cü mərtəbədən yıxılıb".

Qohumunun öz əcəli ölməsini şübhə altına alan C.Hacıbəyli qeyd edir ki, Tapdıgın qollarında kəndir izləri olub, onun qollarını bağlayıblarmış.

Mərhum əsgərin qollarında kəndir izləri olub

T.Babaşov 2 ayın əsgəri olub, bu yaxınlarda andiçmə mərasimindən keçib.

C.Hacıbəyli bildirir ki, əsgəri hərbi hissədən Musa Nağıyev adına klinikaya gətiriblər, komada olub və həyatını itirib. Sonra onun Papanində yerləşən hərbi hospitalın morquna aparıb buradan da ailəsinə təhvil veriblər.

Alınan son məlumata görə, artıq mərhum əsgər dəfn olunmaq üçün Şamaxı rayonuna aparılır.

Əlaqədar qurumların mətbuat xidmətlərinin bu məsələyə dair açıqlama verməsi lazım gələcəkMərhum əsgərin qollarında kəndir izləri olub
Mərhum əsgərin qollarında kəndir izləri olub

Bilmirəm necə izah edim:( Xalam oğlu şəhid oldu. Babaşov Tapdıq Əlizaman oğlu. Amma düşmən gülləsindən yox. 1990 təvəllüd idi, Qobustan rayon hk-dan çağırılmışdı. BDU-nun tarix fakultəsini bitirmişdi. Əsgərliyə getmək üçün o qədər həvəsli idi ki. FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində xidmət aparırdı. Guya deyirlər ki, 4-cü mərtəbədən yıxılıb. Normal insan niyə yıxılsın ki? Necə ola bilər bu? Qollarında kəndir izləri var imiş,qollarını bağlayıblarmış. Belə şərəfdsizlik olarmı? 2 ayın əsgəri idi,andiçməsi təzə olmuşdu. Allah sənə rəhmət eləsin qardaş, vətənini sevən türkçü gənc idi, tarixi o qədər gözəl bilirdi ki. Atasını da 2012-ci ildə itirmişdi, əməliyyat masasında,həkimlərin səhlənkarlığı ucbatından itirmişdi. Özü də əməliyyat masasında şəhid oldu. 22.05.2015-ci ildə gecə yıxıldığı deyilir,ordan Semaşkoya gətiriblər,komada idi. İndi Papalin hərbi hospitalındakı morqdadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.