“Apple” hər il “Google”dan aldığı 20 milyard dolları itirə bilər

8-08-2024, 15:54           
“Apple” hər il “Google”dan aldığı 20 milyard dolları itirə bilər
“Google”a qarşı açılan rəqabət iddiası yekunlaşıb və axtarış nəhənginin “qanunsuz monopoliya”ya sahib olduğuna qərar verilib.

İndex.az xəbər verir ki, bu vəziyyət “Apple”in “Google”dan aldığı 20 milyard dolları təhlükə altına qoya bilər.

“Google”un “qanunsuz monopoliya” olması qərarı şirkəti irimiqyaslı rəqabət davalarının gözlədiyindən xəbər verir.

Şirkət bu qərardan şikayət edəcəyini bildirsə də, aylar, hətta illərlə davam edən hüquqi mübarizələrin şahidi olacaq.

Təhlilçilər bildirirlər ki, “Google” antiinhisar iddialarından qaçmaq üçün axtarış sistemini “Apple” cihazlarında defolt edən müqaviləni ləğv etməli ola bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru