Bakıda qətl törədilib - Kopyorkin saxlanılıb

13-04-2015, 11:02           
Bakıda qətl törədilib - Kopyorkin saxlanılıb
Bakıda qətl hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Rafiq Ağayevin meyiti yaşayış binalarının yanında yerləşən meydançada aşkar edilib. Onun qətlə yetirildiyi məlum olub.

Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin 1970-ci il təvəllüdlü Vladimir Kopyorkin olması müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd olunub ki, hadisəni törədən və qətlə yetirilən şəxslərin hər ikisi tüfeyli həyat tərzi keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.