"Çəkələklə maşın sürən şəxslər cərimələnə bilməzlər." Kamran Əliyev

31-07-2015, 17:26           
"Çəkələklə maşın sürən şəxslər cərimələnə bilməzlər." Kamran Əliyev
Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.

Bunu Trend-ə açıqlamasında Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Sürücülərə qarşı tətpiq olunan bu cəzanın hüquqi əsası varmı?

Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərin çəkələklə maşın sürməsinə qarşı heç bir qanun yoxdur: “Qanunda maşın sürən şəxsin hər hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Çəkələklə maşın sürən şəxslər cərimələnə bilməzlər. Biz sadəcə olaraq əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara çəkələklə maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.