Polşanın ölkəmizdəki Konsulluğunda nə baş verir? - İDDİA

1-03-2019, 09:14           
Polşanın ölkəmizdəki Konsulluğunda nə baş verir? - İDDİA
Polşanın Azərbaycandakı Konsulluğunda yenə uzun növbə yaranıb. Viza üçün sənəd verən vətəndaşlar sənəd gözləyənlərə, imtina alanlar isə sənəd verənlərə qarışıb. Bizimxeber.az-ın konsulluq binası qarşısında olan əməkdaşı bildirir ki, konsulluq binası önündə yaranmış bu vəziyyətə kimsə aydınlıq gətirmək istəmir.

Əslində sənəd təqdim edənlər üçün ayrı vaxt, sənəd alanlar üçün isə ayrı vaxt təyin olunmalıdır. Burda isə hamə bir birinə qarışıb. Diğər konsulluqlarda belə halın yaranmadığını deyən insanlar əlavə edirlər ki, Polşanın ölkəmizdəki konsulluğunda aylardı məlum problem hökm sürür: “Aylardı eyni vəziyyətdir. Konkret bir söz demirlər, növbə yox, siyahı yox. Kim nə istəyir onu deyir. Qarışıq bir sistem yaranıb”.

Daha bir incə məqam isə imtina alan vətəndaşların sənədlərini yenidən komissiyaya təqdim etmək üçün yaranmış problemdir. İmtina alan insanlar günlərdir sənədlərini konsulluğa təqdim edə bilmirlər. 3 gündür konsulluğa gəlib sənədlərini komissiyaya təqdim etmək istəyənlər hələ də gözləyirlər: “Komissiya üçün 14 gün vaxt qoyulub. Bu gün mənim 14 günüm tamam olur. 3 gündür gəlib konsulluq binası qarşısında dayanıb gözləyirəm, sonda deyirlər sabah gəl. Bu nə deməkdir? Konkret vaxt ayrılmalıdır ki, bunu da edən yoxdur. Bu konsulluqda bütün sistem pozulub. Viza almaq üçün gələn vətəndaşlara olduqca laqeyd münasibət göstərilməklə yanaşı, çox hörmətsiz yanaşırlar. Gözləyib gedirik. Məncə bu süni yaradılmış problemdir” deyə gənc oğlan bildirib.

Vəziyyət o həddə çatıb ki, tələbələrə belə viza verməkdən imtina edirlər. Tələbələr dərslərin artıq günlərdir başladığını bildirirlər. Amma hələ də onlara viza verilmir. Bir sözlə, Polşanın ölkəmizdəki konsulluğunda nəyin baş verdiyini aydınlaşdıran olmasa da, hörmətsiz davranışların qurbanı olan Azərbaycan vətəndaşlarıdır.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün konsulluğun rəsmi internet saytında olan (12) 497 47 08 telefonu ilə əlaqə saxlamağa çalışsaq da, dəstəyi heç kim qaldırmadı. Bir neçə dəfə cəhd etsək də, uğusuz oldu.

Hər halda ümid edək ki, Azərbaycandakı aidiyyatı qurumlar vətəndaşlarımızın konsulluq binası önündə üzləşdiyi problemlərlə maraqlanacaq, baş verənlərə aydınlıq gətirilməsini konsulluqdakı aidiyyatı şəxslərdən tələb edəcəklər. Çünki, söhbət Azərbaycan vətəndaşlarından gedir.

Məlumat üçün bildirək ki, Polşanın ölkəmizdəki konsulu Sılvester Rudıdir.
Bizimxeber.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.