Uşaq sığınacağından anasının yanına dönən 15 yaşlı qız növbəti dəfə bədənində xəsarətlərlə evdən qaçıb - FOTO

18-10-2021, 07:58           
Uşaq sığınacağından anasının yanına dönən 15 yaşlı qız növbəti dəfə bədənində xəsarətlərlə evdən qaçıb - FOTO
Reabilitasiya keçdikdən sonra öz istəyilə anasının yanına gedən 15 yaşlı qız bədənində xəsarətlərlə evdən qaçıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

O qeyd edib ki, 15 yaşlı qız bir neçə ay əvvəl sığınacaqda reabilitasiya keçib:

“Uşaq öz istəyi ilə anasının yanına gedib. Təəssüf ki, növbəti dəfə üzərində fiziki xəsarətlərlə evdən qaçaraq sığınacağa gəlib. Ərazi üzrə 4-cü polis bölməsinə məlumat verilib, məsələ ilə bağlı araşdırma aparılacaq.

Uşaq əgər pisdirsə, onu pisliklərlə dolduran onun çevrəsidir, ailəsidir. Çox vaxt uşaqlar günahlandırılır. Bu, sizin məhsulunuzdur analar, atalar, nənələr, babalar və sonradan gələn “atalıqlar”. oxu.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru