İngiltərədə yaşlanmaya qarşı yeni nəsil dərman hazırlanıb.
Qafqaz.media xəbər verir ki, Lester Universitetində hazırlanan dərman insan orqanizminin yalnız qocalan hüceyrələrini sıradan çıxararaq adi hüceyrələrə təsir etmir.
Bildirilib ki, yeni məhlulda qocalan hüceyrələr üçün zəhərli maddələr və anticisimlər var.
Sözügedən dərmanın inqilab əmələ gətirəcəyi ehtimal olunur./ Axar