İspaniyada qəribə məkan: “Gəlin və ağlayın”

19-10-2021, 08:34           
İspaniyada qəribə məkan: “Gəlin və ağlayın”
İspaniyada psixi sağlamlığın əhəmiyyətinə diqqət çəkmək üçün maraqlı metoddan istifadə edilib. Paytaxt Madriddə özəl bir klinika -“ağlama evi” açılıb.

Məqsəd psixoloqa getməyin normal bir şey olduğunu göstərməkdir.

Solğun rəngli işıqlarla bəzədilmiş ağlama evinin divarlarına psixoloqların telefon nömrələri asılıb.

“Gəlin və ağlayın”, “Mənim də narahatlığım var”, “Pis hiss etmək də yaxşıdır”, “Ağlayan cəsarətlidir” kimi mesajlar yazılıb.

İspaniya hökumətinin məlumatlarına görə, ölkədə hər 10 gəncdən birinin psixi sağlamlıq problemi var. Əhalinin təxminən 6 faizi isə narahatlıqla bağlı problemlərlə üzləşir.

Mənbə: “TRT Haber”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru