Həkimlər Mixeil Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə etdi

20-10-2021, 00:01           
Həkimlər Mixeil Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə etdi
Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur.

Qafqaz.media xəbər verir ki, bu barədə ona baş çəkən həkimlərdən biri Zurab Pağava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyasətçinin hazırkı vəziyyəti narahatlıq doğurmasa da, gələcək ağırlaşmaların qarşısını almaq üçün onun klinikaya yerləşdirilməsi məsləhət görülür: “Xəstəxanaya təcili yerləşdirilmə tələb olunmur. Lakin Mixeil Saakaşvilinin sağlamlıq durumunun həkimlərin nəzarəti altında saxlanılması məsləhət görülür. Onun vəziyyətində yaxın saatlarda, günlərdə ciddi ağırlaşmalar yarana bilər”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada saxlanılan sabiq dövlət başçısı artıq 19-cu gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru