“Google”a 22 milyardlıq TƏHLÜKƏ – Şirkət cərimələnə bilər

20-10-2021, 08:34           
“Google”a 22 milyardlıq TƏHLÜKƏ –
Rusiya qanunvericiliyini pozmaqda suçlanan “Google” şirkəti külli miqdarda cərimə təhlükəsi ilə üzləşib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə İnternet Təhlükəsizliyi Liqasının rəhbəri Yekaterina Mizulina danışıb.

Onun sözlərinə görə, “Google” Rusiya qanunvericiliyini pozan kontentlərin silinməsini təmin etmədiyi üçün 22 milyard rubl (şirkətin 2020-ci ildə Rusiyadakı gəlirinin 10 faizi) məbləğində cərimələnə bilər.

Qeyd olunur ki, bu məbləğə proqram təminatı və reklamdan əldə olunan gəlirlər daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru