Yeni TƏHLÜKƏ: sürətlə yayılır

21-10-2021, 12:28           
Yeni TƏHLÜKƏ:
2019-cu ilin dekabrında Çində ortaya çıxan və o vaxtdan bəri dünyada 4,9 milyon insanın ölümünə səbəb olan koronavirusun yeni variantları çaxnaşmaya səbəb olmağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yoluxma sayının sürətlə artmasına səbəb olan “delta” variantından sonra digər versiya ortaya çıxıb. İlk dəfə Böyük Britaniyada görünən “AY.4.2” adlı variant qısa müddətdə Avropanın bir neçə ölkəsində yayılıb.

Peyvənd kampaniyasını uğurla həyata keçirən İsraildə dünən moldovalı bir uşaqda “AY.4.2” variantının tapıldığı bildirilib.

Bu açıqlamadan sonra Amerikadan pis xəbər gəlib. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri “AY.4.2”nin ölkənin fərqli nöqtələrində ortaya çıxdığını bildirib. Səlahiyyətlilər yoluxanların 10 nəfərdən az olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru