Nyu-York səmasını qatı tüstü bürüdü

30-06-2023, 13:04           
Nyu-York səmasını qatı tüstü bürüdü
Nyu-York səmasını qatı tüstü bürüyüb. Buna səbəb Kanadada baş verən meşə yanğınlarıdır.

Artıq Nyu-Yorkda çirklənmə səbəbindən havanın keyfiyyəti təhlükəli həddə düşüb. Nəticədə şəhər havanın keyfiyyətinə görə antireytinqdə ikinci yeri tutaraq liderliyi yalnız Hindistanın Dehli şəhərinə uduzub.

Yaranan vəziyyətə görə Nyu-York meri Erik Adams sakinləri açıq havada az vaxt keçirməyə çağırıb. Məktəblərin açıq havada olacaq tədbirləri də ləğv edilib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru