Ermənistanda saxlanılan müxalifətçinin oğlu Gürcüstanda 3 milyon dollarlıq narkotiklə ƏLƏ KEÇDİ

30-06-2023, 13:57           
Ermənistanda saxlanılan müxalifətçinin oğlu Gürcüstanda 3 milyon dollarlıq narkotiklə ƏLƏ KEÇDİ
“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik cinayətində ittiham olunaraq saxlanılıb və onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.

TEREF.AZ Trend-ə istinadla xəbər verir ki, "Sputnik Gürcüstan"da yayılan məlumata görə, Ermənistanın İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik alveri ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib.

İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri Telegram-da çoxsaylı qruplar vasitəsilə narkotik alveri həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar qiymətləndirilir. Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri hətta kriptovalyuta ilə pul alıblar. “İctimai səs” partiyasının lideri də daxil olmaqla 8 nəfərə qarşı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru