Lukaşenko "Vaqner"dən belə istifadə edəcək

1-07-2023, 10:49           
Lukaşenko "Vaqner"dən belə istifadə edəcək
"Vaqner" hərbi təşkilatı silahlı qiyamdan sonra əvvəlki formada mövcud olmayacaq. Putin hakimiyyəti təşkilat üçün maliyyələşdirməni dayandıracaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Yevgeni Priqojinin "Vaqner" təşkilatı dağılacaq:

"Moskva "Vaqner"ə ildə bir milyard dollar ödəməyi dayandıracaq və təşkilat çökəcək. Onun döyüşçülərinin bir hissəsi Müdafiə Nazirliyi ilə yeni müqavilələr imzalayacaq. Digərləri Priqojinlə Afrikaya gedəcəklər, lakin təşkilatın Minskdə kiçik bir ofisi yaradılacaq. Lukaşenko "Vaqner"dən və onun rəhbərindən mühafizəçilərinə məsləhətçi kimi istifadə edə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru