Mübariz Mənsimovdan anasına doğum günü təbriki...

2-07-2023, 00:07           
Mübariz Mənsimovdan anasına doğum günü təbriki...
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov anasını doğum günü münasibətilə edib.

"Qafqazinfo" xəbər verir ki, M. Mənsimov bunu sosial media hesabında paylaşıb.

“Bugün Anamın doğum günündür. Bilirəm, sənə çox ağırdır. Bu, ömür-gün, həyat yoldaşın, mənim Atam yanında olmadan keçirdiyin ilk ad günündür. Sən 9 övladı böyük çətinliklə böyüdən, yuxusuz gecələrində, əllərinin qabarı ilə bizi böyüdüb başa çatdıran, hər uğurumuza sevinən, çətin anlarımızda zərif çiyninlə hər birimizə dayaq olan İnsansan. Sən o qədər böyük, o qədər müqədəssən ki, Allah cənnəti Sənin ayaqların altında qılıb. Uca Yaradan sənə möhkəm cansağlığı versin, başımızın üstündən əskik olma. Canım Anam, indi bizə həm ata, həm də anasan. Bütün insanlara isə demək istədiyim budur: ata və ananızın qədrini sağlıqlarında bilin, onların həyatını gözəl edin. Valideynlər buna layiqdir!”, - deyə M. Mənsimov anasını ad günü münasibətilə təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru