Rusiya dronlarla Kiyevə hücum edib

2-07-2023, 10:44           
Rusiya dronlarla Kiyevə hücum edib
İyulun 2-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli kamikadze dronları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının başçısı məlumat yayıb.

Məlumata görə, düşmənin bütün hədəfləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Administrasiyanın rəhbəri Sergey Popko qeyd edib ki, bu, son 12 gündə paytaxta ilk hücumdur.

"Hava Hücumundan Müdafiəmizin qüvvə və vasitələri ilə Kiyev ətrafındakı hava məkanında bütün düşmən hədəfləri aşkar edilərək məhv edilib. Əla iş üçün səmamızın mühafizəçilərinə təşəkkür edirik!

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur”, - Popko bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru