Ukrayna uğurlu əks-hücum əməliyyatı keçirib: 5 istiqamətdə

6-07-2023, 13:37           
Ukrayna uğurlu əks-hücum əməliyyatı keçirib: 5 istiqamətdə
Ukrayna ordusu cəbhənin 5 istiqamətində əks-hücum əməliyyatına başlayıb. Düşmən tərəfin arxa hissəsi raketlərlə vurulub.

Publika.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Ukrayna Silahlı Qüvvələrinin cəbhənin 5 sektorunda uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini, həmçinin Rusiyanın arxa mövqeyinə raket zərbələri endirildiyini bildiriblər.

ISW-nin icmalında Rusiyanın İrandan "Şahed" tipli dronları almağa davam etməsi və Rusiyada bu dronların istehsalına şərait yaradılması barədə məlumat da yer alıb.

Ekspertlər "Vaqner" üsyanından sonra Kremlin Rusiyada potensial silahlı üsyan riskindən narahatlığının davam etməsinə də diqqət çəkiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru