Əsgərlik çəkməyənlər bu hüquqdan MƏHRUM EDİLİR

6-07-2023, 15:55           
Əsgərlik çəkməyənlər bu hüquqdan MƏHRUM EDİLİR
Rusiyada orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər.

Bunu Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin rəisi Mixail Çernikov bildirib.

Onun sözlərinə görə, orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi əldə etmək üçün olan imtahanı verə bilməyəcəklər.

Çernikov hərbi komissarlığa çağırışla bağlı bildirişə gəlməyən Rusiya Federasiyası vətəndaşlarının həmçinin sürücülük vəsiqələrini dəyişdirə və avtomobilləri qeydiyyatdan keçirə bilməyəcəklərini də söyləyib./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru