Bakıda Ağciyər İnstitutunda ölənlərin sayı 23-ə çatdı: - Dünən və bu gün....

19-02-2020, 16:52           
Bakıda Ağciyər İnstitutunda ölənlərin sayı 23-ə çatdı: - Dünən və bu gün....
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda növbəti ölüm hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, xəstəxanada bu gün 1954 və dünən 1978-ci il təvəllüdlü azərbaycan vətəndaşları dünyasın dəyişib.

Belə ki, xəstə ... oğlu 1954-cü il təv. 13.02.2020-ci il tarixində saat 02.10-da I Reanimasiya şöbəsinə “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi qırtlağın stenozu” diaqnozu ilə yerləşdirilmişdir.

Anamnezindən məlum olmuşdur ki, xəstəyə MOM-də “Qırtlağın xərçəngi” xəstəliyinə görə kimyəvi terapiya təklif olunmuş, lakin xəstə və qohumları bundan imtina etmişdilər.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 19.02.2020-ci il tarixində saat 06.50-də bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. Qırtlağın Cr-i, stenozla ağırlaşma. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, subremissiya mərhələsi”

Xəstə ... 1978-ci il təv. ETACXİ-na 18.02.2020-ci il tarixində saat 16.10-da kritik ağır vəziyyətdə daxil olmuş və “İki tərəfli pnevmoniya, ağır gedişli. Kəskin ağciyər-ürək çatmamazlığı. Şəkərli diabet II tip” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 18.02.2020-ci il tarixində saat 19.10-da bioloji ölüm qeyd olunmuşdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Bununla da son iki ayda sözügedən xəstəxanada ölənlərin sayı 23-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru