Sumqayıtda pul çıxmayan işə baş qoşulmur FOTOFAKT
8-05-2020, 08:56

Teref.az yazır ki, Sumqayıtdan saytımıza müraciət edən vətəndaş yazır:
Salam hörmətli redaksiya.
Bakıdan cəmi 30 km məsafədə yerləşən Sumqayıt şəhərində çox şeylər fərqlidir. Sanki bu şəhərdə düşünürlər ki, gözdən konüldən qıraq yerdəyik və ayda 1 dəfə AzTV-ni dəvət edib parklardakı çiçək açan gülləri göstərməklə hər şey gözəldir deyib yola verəcəyik gedəcək. Amma fakt göz qabağındadır ki, Bakıdan fərqli olaraq Sumqayıtda içindən pul çıxmayan işə baş qoşulmur. Düzdü soruşsanız İcra Hakimiyyəti ağız dolusu görülmüş işlərdən danışacaq. Amma fotafaktdan da aydındır ki, 2 milyonluq əhalisi olan Bakı şəhərində İctimai Nəqliyata nəzarət edən Bakı Nəqliyyat Agentliyi sözün əsl mənasında nəzarət edir ki bunun nəticəsi olaraq istər avtobusların daxilində istərsə də xidmət etdiyi dayanacaqlarda təmizlik göz oxşayır. Dayanacaqlar günaşırı yuyulur təmizlənir və heç bir kommersiya marağı güdməyən işıqlı sosial reklam lövhələri ilə göz oxşayır. Həmçinin dayanacaqlarda elektron tablo quraşdırılıb ki bu tabloda da yaxınlaşan avtobusların interval aralığı qeyd olunub.Nəğdsiz ödəniş sistemi olan Bakı Kart demək olar ki əksər avtobuslarda quraşdırılıb ki bu da rəsmi dövriyyəni şəffaflaşdırır.
Daha sonra teref.az-a yazan vətəndaş Sumqayıt Nəqliyyat Departamentinin bərbad işinə diqqət çəkərək yazır:
Sumqayıtda isə bu sahəyə Sumqayıt Nəqliyyat Departamenti adlanan qurum nəzarət edir ki, burada tam nəzarətsizlikdir. Dayanacaqlarda tam antisanitar şəraitdə ikiüzlü reklam lövhələrinin hər 2 üzünə də hansisa taxi xidmətinin guya avtobus qiymətinə taksi təqdim etdiyi reklamı vurulub ki, bu da avtobus dayanacağı üçün tam məntiqsizdir. Məntiqli olan odur ki, sayı 100 dən çox olan bu dayanacaların hər biri aylıq reklam xidmət haqqı 150 manata olmaqla taksi şirkətinə satılmışdır ki bu da aylıq 15 min manat edir ki bu gəlirin müqabilində bu dayanacaqların belə anisanitar olması ikrah hissi doğurur ki, heç yerdə belə şey mümkün deyil ki, dövlətin balansında olan əmlakdan bu qədər pul qazanasan amma həmin yeri viran qoyasan.
Hazırkı pandemiya şəraitində Bakı şəhərindəki bütün küçə monitorlarında "Evdə qal, Sağlam qal", "Biz Birlikdə güclüyük" "Fədakar Həkimlərinizə Eşq olsun" və s. Sosial reklam çarxları yayımlansa da Sumqayıt şəhərində avtobusların daxilində quraşdırılmış kommersiya obyektlərini pul müqabilində reklam edən bütün monitorlar və küçələrdəki Led monitorlar söndürülmüşdü. Yəqin ki, artıq elektrik enerjisi pulunu belə ödəməmək üçün. Axı pul çıxmayan işlə məşğul olmaq maraqsızdır. Oturub gözləmək lazımdır ki, Karantin tədbirləri qurtarsın və kommersiya maraqlar bərpa olunsun ondan sonra motitorları işlətmək sərf edər yəqin.
Deyilənlərin təsdiqi fotofaktda.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini öyrənməyə hazırıq!
Teref.az



